Fuad İsmayılov: Məni istefaya səsləyənləri başa düşə bilmirəm
21.09.2010 - 12:28
“Gəncə” klubunun baş məşqçisi Fuad İsmayılovun apasport.az saytına müsahibəsi
- “Qarabağ”la təxirə salınmış sabahkı oyun haqda fikirləriniz bilmək istərdik...
- Hər bir oyuna olduğu kimi, “Qarabağ”la görüşə də ciddi hazırlaşırıq. Hazırda yoldayıq, Bakıya gəlirik. Məqsədimiz qələbə qazanmaqdır.
- Rəqib haqda nə deyə bilərsiniz?
- “Qarabağ” Azərbaycanın ən güclü klublarından biridir. Avroliqada oyunlar göstərdi ki, sabit komandadır. Biz sabah ən güclü komandalarımızdan birinə qarşı oynayacağıq.
- Ancaq onu da nəzərə alaq ki, rəqibiniz bu çempionatda hələ ki istənilən oyun göstərmir, bir qələbəsi var...
- Bu, bizi arxayınlaşdırmır. İstənilən halda “Qarabağ” güclü komandadır.
- Komandanız güclülər dəstəsinə qayıdandan sonra maraqlı nəticəyə imza atıb. Bütün oyunlarda 1:1 hesablı heç-heçə edirsiniz. Bu, nəyin göstəricisidir?
- Əslində hər oyunda meydana qələbə üçün çıxırıq. Ancaq hələ ki bu, bizdə alınmır. Qalib gəlməyi çox istəsək də, buna nail ola bilmirik. Bu futboldur, ola bilər, bütün oyunlarda udasan, yaxud da uduzasan. Hələ ki qələbə qazanmaq baxımdan bəxtimiz gətirmir. Futbol xoşbəxtliyi bizdən üz döndərib.
- Dalbadal beş oyunda eyni hesab - bu qədər təsadüf ola bilərmi?
- Bu da bizim bəxtimizə düşüb. Hər halda, “Qarabağ”la səfər oyununda bu seriyanı davam etdirmək yox, ilk qələbəmizi qazanmaq istəyirik.
- Axırıncı turda “Turan”la oyunda azarkeşlər sizi istefaya səslədi. Buna münasibətiniz necədir?
- Həmin vaxt oyunun bitməsinə hələ 40 dəqiqə vardı. Qapımıza da penalti zərbəsi təyin edilməmiş, qol buraxmamışdıq. Nə isə, mən belə azarkeşləri başa düşə bilmirəm.
- Bəlkə bu, Gəncədə digər qruplaşmanın, sizi istəməyən qüvvələrin işidir?
- Canları sağ olsun, özləri bilər. Mən heç nə deyə bilmərəm.
- Hər halda, klub rəhbərliyi sizə dəstək verir...
- Mənim “Gəncə” ilə iki illik müqaviləm var. Görsəm ki, işimin öhdəsindən gəlmirəm, özüm gedəcəyəm. Ancaq hesab edirəm ki, işimin öhdəsindən gəlirəm.
Mehman SÜLEYMANOV

0
0