“Qarabağ”dan müəyyən qədər çəkinirdik”
21.09.2010 - 13:15
“AZAL itirə-itirə getmir. “Simurq”u udduq, “Qarabağ”la heç-heçə etdik. Son iki turda 4 xal topladıq. Məncə, pis nəticə deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun müdafiəçisi Elvin Əliyev deyib.
Qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan paytaxt təmsilçisi əsas rəqibləri ilə oyunlarda bir qədər zəif təsir bağışlayır. Xüsusilə də “Qarabağ”la heç-heçəyə görə bakılıların sevinməsi bir qədər başa düşülən deyil. Çünki hər iki komanda eyni məqsədlər uğrunda yarışır. Deməli, əsas rəqiblərlə oyunda maksimum nəticə toplamaq vacibdir. Ancaq “Qarabağ”ın Avropa Liqasında göstərdiyi oyun deyəsən, Premyer Liqada çıxış edən çox klubun gözünü qorxudub: “Əsas rəqibimizi udmaq istəyirdik. Ancaq “Qarabağ”la səfərdə oynadığımızı da unutmamalıyıq. Bu nəticəni uğurlu saymaq olar. Hələ güclü rəqiblərimizlə oyunlar qabaqdadır. Onlardan yalnız “Xəzər Lənkəran”a uzatma dəqiqələrində yenildik. Hazırda liderlər qrupunda yer almışıq. Oyun baxımından da irəliləyiş var. Düzdür, “Qarabağ”la qarşılaşmanın birinci hissəsində zəif çıxış etdik. Bu da rəqibdən çəkinməyimizlə bağlı idi. Həm adına, həm də avrokuboklardakı oyununa görə “Qarabağ”dan ehtiyatlanırdıq. Fasilədən sonra toparlandıq”.
Həftəsonu MOİK-lə qarşılaşacaq AZAL 3 xal haqqında düşünsə də, Elvin Əliyev fikir bildirmək istəməyib. Futbolçu bunun səbəbini düşər-düşməzliklə əlaqələndirib.

0
0