“Gəncə”nin futbolçusu psixoloji gərginlik keçirir
21.09.2010 - 13:56
“Gəncə” klubu Unibank Premyer Liqasının II turdan təxirə salınan “Qarabağ”la səfər oyununa itkilərlə çıxacaq.
Bu haqda apasport.az saytına məlumat verən “Gəncə”nin baş məşqçisi Fuad İsmayılov üç futbolçunun xidmətindən məhrum olduğunu bildirib. Təcrübəli mütəxəssis iki yetirməsini cəza üzündən oynada bilməyəcək: “Aparıcı müdafiəçimiz Rafael Əmirbəyovun cəzası hələ bitməyib. Gürcü yarımmüdafiəçi Zura Dzamsaşvili isə vərəqə limitini aşıb. O, son turda “Turan”la görüşdə cari mövsümdə 4-cü sarı vərəqəsini alaraq, cəzalı duruma düşüb. Digər orta sahə oyunçumuz Mətləb Məmmədov isə uzun müddətdir xəstədir. O, aldığı zədədən sonra psixoloji gərginlik keçirir”.
Qeyd edək ki, cari çempionatda yalnız bir görüş keçirən Mətləb AZAL-la ev oyununda 90 dəqiqə meydanda olub.

- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var
0
0