“Neftçi” 5, “Bakı” 4, “İnter” isə 3
21.09.2010 - 14:22
“Neftçi” 5, “Bakı” 4, “İnter” isə 3
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Adil Şükürov sentyabrın 26-dan oktyabrın 6-dək keçiriləcək təlim-məşq toplanışına 19 futbolçu çağırıb.

Bakıda baş tutacaq hazırlıqlarda daha çox oyunçu ilə “Neftçi” təmsil olunacaq – 5 nəfər. “Bakı”dan 4, “İnter”dən 3 futbolçunun qatılacağı hazırlıqlarda Rusiyada çıxış edən 3 legioner də iştirak edəcək: Tural Məmmədli, Elşən Abdullayev, Məqsəd İsayev, Samir Rüstəmli, Emil Balayev (hamısı “Neftçi”), Abasət Cəfərov (“Neftçi” İSM), Oruc Balaşlı (“Qəbələ”), Rəşad Əzizov, Fuad Bayramov, Azər Salahlı (hamısı “İnter”), Mahir İbrahimov, Mətin Əbilsoy, Haqverdi Yusifov, Nurlan Əhmədov (hamısı “Bakı”), Elnur İsmayılov (“Daçiya”, Moldova), Samir İbrahimov, Teymur Quliyev (hər ikisi “Sumqayıt”), Əskər Nəcəfəliyev (“Rubin”, Rusiya), Teymur Qurbanov (“Elektroavtomatika”, Rusiya)

Mənbə: affa.az
0