Aslan Kərimov: Son oyunlarda xal itirməyimizi çox şeylə əlaqələndirmək olar
21.09.2010 - 14:45
“Gəncə” ilə oyun çətin keçəcək. Hər halda, eyniadlı şəhərin komandası hələ də məğlubiyyətin nə olduğu bilmir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın kapitanı Aslan Kərimov klubunun rəsmi saytına açıqlamasında deyib. Son iki oyunda 1 xal qazanan Ağdam təmsilçisi turnir cədvəlində 7-ci yerdə gedir. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda sabah təxirə salınan oyunlarından birinə çıxacaq. Aslan qonaq edəcəkləri “Gəncə” ilə oyuna ciddi yanaşır: “Özü də Gəncə hər zaman futbol şəhəri olduğuna görə bu komanda daim fərqli oynamağı bacarır. Amma biz də qələbə qazanmalıyıq. Meydana qələbə üçün çıxacağıq”.
Kərimov komandasının cari çempionatda çıxışına da toxunub: “Bilirsiniz, son oyunlarda xal itirməyimizi çox şeylə əlaqələndirmək olar. Amma bir şeyi unutmaq lazım deyil ki, “Qarabağ” iyulun 1-dən rəsmi oyunlara çıxır. 3 aylıq müddətdə komandada müəyyən enişin olması normaldır. Avroliqadan sonra milli çempionata alışmaq üçün müəyyən vaxt tələb edir. Amma inanıram ki, “Gəncə” ilə oyun dönüş anı olacaq. Zənnimcə, qazanılacaq bir qələbə bizi yenidən reysə salacaq”.
Bu mövsüm 1 oyunda meydana çıxan 37 yaşlı yarımmüdafiəçi daha çox ehtiyatda qalmasından narazı deyil: “Hamımızın məqsədi “Qarabağ”a xidmət etməkdir. Komandada 24 futbolçu var. Hamının oynamaq imkanı olacaq. Ona görə də belə şeyə fikir vermək lazım deyil. Kimin oynamasından asılı olmayaraq, “Qarabağ”da hamı qələbə qazanmaq istəyir”.

0
0