Mahmud Qurbanovun “500-lük” iddiası: Belədirsə, rahat nəfəs ala bilərəm
21.09.2010 - 16:06
“Son turda “Simurq”la görüşdə 45 dəqiqə də olsa oynadım. Bu, cari mövsümdə ilk oyunum idi. Futbol üçün darıxmışam”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun təcrübəli futbolçusu Mahmud Qurbanov deyib. Daha çox ehtiyatda qalan 37 yaşlı yarımmüdafiəçi Unibank Premyer Liqasının son turunda Zaqatalada “Simurq”la oyunda fasilədən dərhal sonra meydana çıxdı. Həmin vaxta hesabda 0:1 geridə olan “zolqalılar” Mahmudun da səyləri sayəsində məğlubiyyətdən xilas ola bildi: “Çox istərdim ki, qələbə çalaq. Çünki danışmışdıq ki, “Simurq”la oyunu qələbə ilə başlayaq, bunu bütün görüşlərdə davam etdirək. Ancaq futbolda hər şey olur”.
Ən titullu futbolçumuz olan Qurbanov 10 dəfə ölkə çempionluğunu qazanıb. Bütün 18 milli çempionatlarımızın iştirakçısı olan Mahmudun hesabında 391 oyun var. Maraqlıdır, o, oyun sayını necəyə çatdırmağı düşünür, 400-ü aşa bilən ilk futbolçumuz ola biləcəkmi? ”Vallah, çempionda oyunlarımın sayını bilmirəm. 391 olmasını sizdən xəbər tutdum. Yəqin ki, 400-ə bu mövsüm çataram. İstərdim ki, 500-ə çatdırım (gülür). Görək də, Allah qismət etsə, olar. Əlbəttə, meydana nə qədər çox çıxsam, bir o qədər yaxşıdır və çox oyun keçirə bilərəm”.
Mahmudun ən yaxın izləyicisi Aslan Kərimov 377 oyun keçirib və kapitanı olduğu “Qarabağ”da daha çox ehtiyatda qalır. 3-cü yerdə gedən Kənan Kərimov (327 oyun) özünə klub tapa bilmədiyi üçün ən azı qışa kimi oynamayacaq. “Gəncə”nin 34 yaşlı kapitanı Azər Məmmədovun hesabında hələ 323 oyun var. Aqil Məmmədovla (360 oyun), İsmayıl Məmmədov (351 oyun) və Kamal Quliyev (302 oyun) isə güclülər dəstəsindən kənarda qalıb. Mahmud onu daban-dabana izləyənlərin olmamağını özü üçün üstünlük sayır: “Əgər belədirsə, onda rahat nəfəs ala bilərəm. Hər şey Allahın əlindədir. Qismət olsa, daha çox oyun keçirəcəyəm. Oynamağa özümdə güc hiss edirəm”.
Mehman SÜLEYMANOV

0
0