Cüneyt Biçər yenidən Bakıda “peyda olub” gümüş medalını aldı
23.09.2010 - 20:22
Bu gün Unibank Premyer Liqasının 2009/10 mövsümünün mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, “Yaxt klub”da təşkil olunan mərasimdə AFFA və PFL rəhbərliyi, ötən mövsümün mükafatçıları, futbol ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak ediblər. Qonaqlar arasında “Bakı” klubunun sabiq baş məşqçisi Cüneyt Biçər də olub. Ötən mövsümün sonunda “sükanı arxasına” keçdiyi komandaya ölkə kuboku və çempionatın gümüş mükafatını qazandırıb ölkəmizi tərk edən türkiyəli mütəxəssis tədbirə medalını almaq üçün gəlib. Biçəri ölkəmizə “Bakı”nın prezidenti Hafiz Məmmədov dəvət edib. O, həmin uğurlarda zəhməti olan çalışdırıcının əməyinin unudulmadığını bildirərək, Biçərin mərasimə qatılmasını vacib sayıb. Türkiyəli sabah vətəninə qayıdacaq.
0
0