Jaba: “Xəzər Lənkəran”la oyun öncəsi özümüzə gəlməliyik
24.09.2010 - 17:09
“Mükafata layiq görüldüyümə görə məmnunam. Ötən il komandamız heç də pis oynamadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun hücumçusu Jaba deyib.
“Bakı” ilə ölkə kuboku qazanan və Premyer Liqanın gümüş mükafatına sahib olan paytaxtın eyni adlı komandasının bu uğurunda braziliyalı hücumçunun da əməyi az deyil. Komandasının ən məhsuldar oyunçusu olan Jaba cari mövsümdə də analoji uğuru bir qədər də yaxşılaşdırmaq istədiklərini bildirib. Hazırda işləri heç də yaxşı getməyən “zolaqlılar”ın hücumçusu növbəti turdan etibarən yüksəlişə keçəcəklərini qeyd edib: “Turan”la oyunda gücümüzü ortaya qoyacağıq. Bu uğursuz çıxışın bir sonu olmalıdır. Fikrimcə, “Xəzər Lənkəran”la matç öncəsi psixoloji cəhətdən özümüzə gəlməliyik. İnşallah, “Turan”ı məğlub edib, Lənkəran səfərinə qalib kimi yollanacağıq”.

0
0