“Neftçi” Lənkərana zədəli futbolçularla yollanıb
24.09.2010 - 17:35
Bakının “Neftçi” klubu Lənkərana 20 futbolçu ilə yollanıb. Bu barədə apasport.az saytına açıqlamasında komandanın baş məşqçisi Arif Əsədov bildirib ki, son vaxtlar zədəli olan müdafiəçi Ruslan Abışovla braziliyalı yarımmüdafiəçi Flavinyo da sərəncamındadır.
Əsədov onları “Xəzər Lənkəran”la oyunda meydana buraxmaqla bağlı sabah qərar verəcək: “Muğan”la görüşdə zədələnən Flavinyonun vəziyyəti qənaətbəxşdir. O, artıq komandanın məşqlərində iştirak edir. Ruslan Almaniyadan müalicədən qayıdandan sonra qrup halında çalışmalarda iştirak edir. Ancaq oyun praktikası sarıdan korluq çəkir. Bununla belə, Abışov əsas komanda ilə birgə Lənkərandadır. Zədələrini sağaldan hər iki futbolçumuz sabahkı oyunda “18-lik”də yer alacaq”.
Baş məşqçi Lənkərandakı oyuna iştirak ərizəsinə düşməyəcək futbolçuları gətirməyib: “Qapıçı Rauf Mehdiyev, müdafiəçilər Tural Nərimanov, Tərlan Quliyev, gürcü yarımmüdafiəçi Vladimir Burduli Bakıda qalıb, məşqlərini davam etdirirlər. Gənclər yığmasının üzvləri olan hücumçular Cavid İmamverdiyevlə Ruslan Qurbanov əvəzedici komandamızın heyətində yer alıb. Bizdə üç qapıçı var ki, “Xəzər Lənkəran”la görüşdə litvalı Paulius Qribauskas əsas, ehtiyatda Elçin Sadıqov yer alacaq. Qapıçıların son durumu bağlı onlarla çalışan serbiyalı məşqçi Neboyşa Manoyloviç qərar verir. Qapıçı daim formada olmalıdır. Bu, elə mövqedir ki, onu hər dəfə dəyişmək olmur. Üstəlik, etibarlı qapıçı olan Qribauskas artıq neçə oyundur qol buraxmır. Ehtiyatdakı qapıçılarımıza növbəliliklə yer veririk. Bu dəfə Elçin heyətdə yer alıb”.
Qeyd edək ki, Qribauskas hələ ötən mövsümdən “Neftçi”nin əsas qapıçısıdır. Gənclər yığmamızın üzvü olan Sadıqovdan fərqli, yayda gələn təcrübəli Mehdiyev hələ “ağ-qaralar”da debüt etməyib.
Mehman SÜLEYMANOV

0
0