“Azərbaycan yığması xeyli güclənib”
24.09.2010 - 18:00
“Krımsk toplanışına elə futbolçular çağırmışıq ki, onlar həm klublarında, həm də yığmada özlərini yaxşı tərəfdən göstəriblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın 1995-ci il təvəllüdlülərdən ibarət milli komandasının baş məşqçisi Andrey Talalayev deyib.
Gənc mütəxəssis təlim-məşq toplanışı keçirmək üçün Rusiyanın Krımsk şəhərinə yollanacaq 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə baş tutacaq yoxlama oyunları haqda fikirlərini bildirib: “Toplanış zamanı qarşılaşacağımız Azərbaycan millisinin səviyyəsinə çox yaxşı bələdik. Çünki bu komanda ilə iki dəfə görüşmüşük. Bilirik ki, onlar xeyli gücləniblər. Bu səbəbdən də düşünürəm ki, qarşılaşmalar baxımlı alınacaq”.
Qeyd edək ki, Azərbaycan və Rusiya yığmaları arasında oyunlar oktyabrın 2 və 4-də keçiriləcək.

0
0