Çempion üçün sürpriz, AZAL üçüncü pilləyə qalxdı
26.09.2010 - 18:00
Unibank Premyer Liqasında VII tur liderin dəyişikliyi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran” prinsipial rəqibi “Neftçi”ni yenməklə (1:0), bakılıların zirvədəki yerini tutdu. Bununla, bu komandalar arasında qol susqunluğu da pozuldu.
Məsələ ondadır ki, bu komandaların son 4 oyununda qol vurulmamışdı. Susqunluğu ilk dəfə derbinin iştirakçısı olan Dieqo Ruiz pozdu. “Xəzər Lənkəran”ın rumıniyalı baş məşqçisi Mirça Rednikin vətənindən gətirdiyi argentinalı hücumçu oyunun sonuna yaxın meydana çıxaraq, qələbə topunu vurmaqla, etimadı doğrultdu.
Son çempion “İnter” də bu tur büdrədi. “Bankirlər” “Gəncə”nin güclülər dəstəsinə qayıdandan sonra ilk qələbə qazanmağına mane ola bilmədi. Bundan cari mövsümdə inamlı təsir bağışlayan AZAL yararlandı. Nazim Süleymanovun yetirmələri autsayder MOİK-lə görüşdə 3 xal qazanmaqla, “İnter”i 3-cü pillədən sıxışdırdı.
Toni Adams nəhayət, Qəbələdə sevindi. İngilis çalışdırıcı “Qəbələ”nin sükanı arxasında ilk ev qələbəsini son iki avrokuboklarda ən yaxşı təmsilçimiz olan “Qarabağ” üzərində qazandı. “Muğan” evdə məğlubedilməz olduğunu bir daha təsdiqləyib. Salyanlılar son pillədə gedən “Simurq”u əliboş yola saldı.
25 sentyabr
“MUĞAN” – “SİMURQ” - 1:0
QOL: Angel Qutyerez, 17
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Azad Q. Hüseynov, Hacıəli Ağayev
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
“QƏBƏLƏ” – “QARABAĞ” - 2:1
QOLLAR: Deon Barton, 58; Branimir Subaşiç, 71 - Emin İmaməliyev, 83
Hakimlər: Əfqan Həmzəyev, Eldar Nağıbəyov, Elşən Acalov, Ceyhun Haşımov
Qəbələ. Şəhər stadionun ehtiyat meydançası
“XƏZƏR LƏNKƏRAN” – “NEFTÇİ” - 1:0
QOL: Dieqo Ruis, 89
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Mehman Mahmudov, Əmrah İbrahimov
Lənkəran. Şəhər mərkəzi stadionu
26 sentyabr
AZAL – MOİK - 2:0
QOLLAR: Vüsal Qarayev, 40; Qvidas Yuska, 90
Hakimlər: Ramil Diniyev, Ramiz Əsədov, Zeynal Zeynalov, Tahir Əhmədov
Bakı. “Şəfa” stadionu
“GƏNCƏ” – “İNTER” - 1:0
QOL: Samir Zərgərov, 21
Hakimlər: Elnur Muradov, Azər Əsgərov, Elşən Durmuşov, Fuad Həsənov
Gəncə. Şəhər stadionu
“BAKI” – “TURAN” - TƏXİRƏ SALINIB
Hakimlər: Rövşən Əhmədov, Aydın Ələkbərov, Aleksandr Musatkin, Feyzulla Feyzullayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
TURNİR CƏDVƏLİ
Bombardir: Bahodir Nasimov (“Neftçi”) – 9.

| Komanda | O | Q | H | M | Qollar | Xallar |
1 | Xəzər Lənkəran | 7 | 5 | 2 | 0 | 8-0 | 17 |
2 | Neftçi | 7 | 5 | 1 | 1 | 14-2 | 16 |
3 | AZAL | 7 | 4 | 2 | 1 | 8-5 | 14 |
4 | İnter | 7 | 4 | 1 | 2 | 6-3 | 13 |
5 | Muğan | 7 | 2 | 3 | 2 | 6-6 | 9 |
6 | Qarabağ | 6 | 2 | 2 | 2 | 6-4 | 8 |
7 | Gəncə | 7 | 1 | 5 | 1 | 6-8 | 8 |
8 | Qəbələ | 7 | 2 | 1 | 4 | 4-7 | 7 |
9 | Bakı | 5 | 1 | 2 | 2 | 6-7 | 5 |
10 | MOİK | 7 | 1 | 1 | 5 | 3-13 | 4 |
11 | Turan | 6 | 0 | 3 | 3 | 4-9 | 3 |
12 | Simurq | 7 | 0 | 3 | 4 | 5-13 | 3 |

0
0