“İstərdim ki, futbolçularımız qol imkanlarından maksimum yararlansınlar”
26.09.2010 - 18:47
“Qalib gəlmək bizə vacib idi. Buna nail olduğumuz üçün şadam”. Apasport.az saytının xəbərinə görə, bunu AZAL klubunun baş məşqçisi Nazim Süleymanov Unibank Premyer Liqasının VII turunda MOİK-lə görüşündən sonra deyib.
Komandasının 2:0 hesablı qələbəsinə görə futbolçularını təbrik edən Süleymanov oyundan sonra təşkil olunan mətbuat konfransında onlara tövsiyəsini çatdırıb: “İstərdim ki, futbolçularımız qol imkanlarından maksimum yararlansınlar. MOİK-ə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
Süleymanovun həmkarı Ramil Əliyev isə bildirib ki, iki ardıcıl məğlubiyyətdən sonra qalib gəlmək istəyirdilər: “Təəssüf ki, buna nail ola bilmədik. Heyətimizdə bir sıra itkilərimiz var idi, bu da oyunumuza öz təsirini göstərdi. Qarşıdakı oyunlarda xal ehtiyatımızı artırmağa çalışacağıq”.

- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
0
0