İlk qələbənin şərhi
26.09.2010 - 19:09
“İlk hissədə oyunumuz alınmadı. Matçın əvvəlində futbolçularımız ötürmələrdə səhvlərə yol verdilər”. Apasport.az saytının xəbərinə görə, bunu “İnter” klubunun məşqçisi Georgi Çixradze deyib.
Unibank Premyer Liqasının VII turunda paytaxt təmsilçisi Gəncədə eyni adlı komandaya uduzmaqla, mövsümdə ikinci məğlubiyyətini aldı. Çixradzenin fikrincə, II hissədə oyunda dəyişiklik etmək istəsələr də, rəqib onlara imkan verməyib: “Lakin "Gəncə" bu oyuna çox yaxşı köklənmişdi. Yaratdığımız qol epizodlarından lazımınca istifadə və oyunu xilas edə bilmədik".
“Gəncə”nin baş məşqçisi Fuad İsmayılov isə komandasının mövsümdə qazandığı ilk qələbə haqda bunları deyib: “Çox gözəl oyun oldu. "Gəncə" azarkeşlərini sevindirə bildi. Bilirdik ki, rəqib ilk dəqiqələrdən bizi "sıxacaq". Ona görə də taktikada dəyişiklik etdik, hücumu gücləndirdik".
Mənbə: pfl.az

0
0