Rəşad Sadıqov Rza Çalımbaya əl çaldı
28.09.2010 - 09:53
Milli komandamızın kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin “Əskişəhərspor” klubu sabiq baş məşqçisi Rza Çalımbayla bağlı növbəti qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandanın son məşqini izləyən klubun ikinci vitse-prezidenti Məsud Hoşcan hazırlığa qatılmayan mütəxəssislə yollarını ayırdıqlarını bildirib.
Futbolçuları ətrafına yığan klub rəsmisi bu qərarı belə izah edib: “Rza hoca ilə yollarımızı ayırdıq. Bu yaxınlarda yeni baş məşqçi ilə işləyəcəksiniz. İki il Çalımbayla birlikdə çalışmışıq. Gəlin, onu alqışlayaq”.
Rəşad və komanda yoldaşlarının gurultulu alqışlarından sonra komanda hazırlıqlarını davam etdirib. Çalımbay isə bu gün Bakı vaxtı ilə saat 14:00-da mətbuat konfransı keçirib, bütün məsələlərə aydınıq gətirəcək.
Qeyd edək ki, “Əskişəhərspor”la mütəxəssis arasında müqavilə bir tərəfli qaydada pozulub. Bu isə o deməkdir ki, klub rəhbərliyi Çalımbaya 1,2 milyon türk lirəsi təzminat ödəməlidir.

0
0