Bekali: Futbolçumun “Xəzər Lənkəran”a keçidinə imkan verməyəcəyik
06.10.2010 - 15:31
Bekali: Futbolçumun “Xəzər Lənkəran”a keçidinə imkan verməyəcəyik
“Banel Nikolita Azərbaycana gedir? İnanmıram ki, Mirça Rednikin komandası bu futbolçu üçün 300 min avro ödəməyə razı olsun”. Apasport.az saytının məlumatına görə, bu sözləri rumıniyalı FİFA agenti Viktor Bekali deyib.

O, müştərisi olduğu, Rumıniya milli komandasının və “Styaua”nın üzvü Banel Nikolitanın “Xəzər Lənkəran”a keçmək variantına münasibət bildirib. Bekali klub rəhbərliyi və futbolçu ilə razılıq əldə etdiyini və qışda keçidi rəsmiləşdirəcəklərini bildirən Mirça Rednikin fikirləri ilə razılaşmır: “Bəlkə də Rednik “Styaua”dan kiminlə isə, Banellə də razılığa gəlib. Lakin mən başqa cür düşünürəm”.

Bekali bu transferin əleyhinədir: “Styaua” belə şeyə imkan verməz. Biz para məsələsində qazansaq belə, Nikolitanın geriyə addım atmasına razı olmarıq. Düzdür, onlarda yaxşı pullar var. Amma biz özümüzü Azərbaycan futbolu ilə müqayisə edə bilmərik. Həm də ki, “Styaua”nı Banelsiz təsəvvür etmirəm”.

Qeyd edək ki, Banel 2005-ci ildən həm yığma, həm də “Styaua”nın üzvüdür.