“Bakı”nın sabiq baş məşqçisi Türkiyə çempionuna örnəkdir
06.10.2010 - 15:58
Türkiyə yığmasının futbolçusu Ömər Ərdoğan “Bakı” klubunun sabiq baş məşqçisi Bülənt Korkmazı özünə örnək sayır. Apasport.az saytının məlumatına görə, “Bursaspor” klubunun 33 yaşlı müdafiəçisi yığmada gec debüt etdiyinə görə üzülmür. Qus Hiddinkin “ay-ulduzlular”ın baş məşqçi postuna gəlişindən sonra çağırılan Ömər 3 oyun keçirib.
Almaniya və Azərbaycan yığmaları ilə oyunlara çağırılan mərkəz müdafiəçisi uzun illər “Qalatasaray” və Türkiyə yığmasında bu mövqedə oynamış Korkmazı nümunə göstərib: “Yığmadakı dostlarımın çoxundan yaşca böyüyəm. Ancaq fiziki hazırlığa görə özümü yaxşı hiss edirəm. Daha əvvəllər xəta edirdim. Artıq özümü motivasiya edə bilirəm. Özümə güvənim artıb. Fiziki planda özümə yaxşı baxıram. Özümü gənc futbolçular kimi hiss edirəm. Bu şəkildə özümə baxsam, daha bir neçə il oynayaram. İndi ağlımda futbolu buraxmaq kimi düşüncə yoxdur. Paolo Maldini, Bülənt Korkmaz və Hakan Şükür kimi örnəklər var”.
Qeyd edək ki, 2003-04-cü illərdə “Qalatasaray”da Korkmazla komanda yoldaşı olan Ərdoğan onun əvəzləyicisi olub. O, 2006-cı ildən oynadığı “Bursaspor”un heyətində ötən mövsüm çempionluq qazanıb.

0
0