Berti Foqts Maksimlə Cavidi komandadan ayırdı - FOTO
06.10.2010 - 19:36
Berti Foqts Maksimlə Cavidi komandadan ayırdı - FOTO
Avstriya millisi ilə Vyanada keçiriləcək oyuna hazırlaşan Azərbaycan yığması qarşılaşmanın baş tutacağı “Ernst Happel” stadionuna çıxıb. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələrinin hazırlığını media nümayəndələri də izləyiblər.

Jurnalistlər üçün ilk 15 dəqiqəsi açıq olan məşq zamanı Cavid Hüseynovla Maksim Medvedev fərdi məşq edib. Onlar yaşıl meydanda hazırlıq keçən yoldaşlarından fərqli, meydanın kənarında qaçmaqla məşğul olublar. Bunun zədədən əziyyət çəkməyən futbolçuların matça tam hazır olmamağı ilə bağlı olduğu ehtimal olunur. Lakin bu, avstriyalıların gözü qarşısında atılan “taktiki gediş” də ola bilər.