“Xetafe” Azərbaycan yığması ilə bacarmadı
15.10.2010 - 08:35
Avropa çempionatının ilkin seçmə mərhələsinə hazırlıq məqsədilə İspaniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Adil Şükürovun yetirmələri bu ölkənin “Xetafe” klubunun U-17 komandası ilə qarşılaşıblar. Görüş 1:1 hesabı ilə nəticələnib. Yığmamızın heyətində Ruslan Bədəlov fərqlənib.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0