Georgi Hacı: “Qalatasaray”a gəlməyə hazıram
20.10.2010 - 12:32
“Qalatasaray”ın əfsanəvi futbolçusu Georgi Hacı klub rəhbərliyinə mesaj göndərib. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis yenidən “sarı-qırmızılar”a rəhbərlik etmək arzusunda olduğunu açıqlayıb.
O, İstanbul klubundan gedəcəyi gözlənilən Frank Raykaardı layiqincə əvəzləyəcəyini bildirib: “Komandada nələr baş verdiyini dəqiq bilmirəm. Amma “Cim-Bom”da yenidən baş məşqçi işləməkdə istəkliyəm. Fikrimcə, mənim nələr edə biləcəyimi unutmayıblar. Komandanı həmişə yaxından izləmişəm. Futbolda hər şey ola bilər. Kifayət edər ki, mənə lazımı dəstək versinlər”.
Qeyd edək ki, 45 yaşlı mütəxəssis 2004-05-ci illərdə “Cim Bom”u çalışdırıb. Hacı 1996-2001-cü illərdə “Qalatasaray”da oynadığı vaxtda Türkiyə çempionatında 132 oyuna 59 qol vurub.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0