Belarus Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək
21.10.2010 - 11:05
Belarus Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək
Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Joze Alessio da Silvanın yetirmələri Avro-2012-nin seçmə mərhələsinə hazırlıq məqsədilə Belarus yığması ilə üz-üzə gələcək.

Bu matç rəqib komandanın təşəbbüsü ilə baş tutacaq. Belə ki, seçmə oyunlara hazırlıq planı tərtib edən belaruslular son sınaqçı rəqib kimi millimizi görmək istəyiblər. Bu günlərdə Moldova yığmasını 2 dəfə məğlub edən (3:1 və 3:2) belaruslular fevraldakı seçmə oyunlarınadək Ukrayna və Azərbaycan futzalçıları ilə üz-üzə gəlmək niyyətindədirlər. Amma matçın yeri və tarixi barədə hər hansı açıqlama verilmir.