Ronaldodan fantastik göstərici
21.10.2010 - 12:04
Ronaldodan fantastik göstərici
“Real”ın futbolçusu Kriştiano Ronaldo fantastik göstəriciyə imza atıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu Madrid təmsilçisindəki qollarının sayını 40-a çatdırıb.

Portuqaliya yığmasının futbolçusu buna İspaniya paytaxtını təmsil edən komandada keçirdiyi vur-tut 45 qarşılaşmada nail olub. Bu isə o deməkdir ki, Ronaldo “Real”da keçirdiyi hər görüşdə orta hesabla 0,88 qol vurub. Portuqaliyalının rekordu “Blankos”un 108 illik tarixinin ən yüksək göstəricisidir. Hətta “Kral klubu”nun əfsanələri Alfredo di Stefano (0,76), Uqo Sançes (0,73) və Raul (0,44) da Ronaldonun məhsuldarlığına həsəd apara bilərdi.

Qeyd edək ki, Ronaldo oktyabrda yığma və klubda üst-üstə meydana çıxdığı 5 görüşdə də 7 qol vurmaqla da, bombardirlik keyfiyyətlərini nümayiş etdirib.