Dünya çempionatının qızıl medalı satıldı
28.10.2010 - 09:48
1966-cı ildə İngiltərə millisinin heyətində dünya çempionu olan Bobbi Staylz qazandığı qızıl medalı hərraca çıxarıb. Apasport.az saytının məlumatına görə, mükafatı futbolçunun sabiq klubu “Mançester Yunayted” alıb.
“Qırmızı şeytanlar” qızıl medal üçün 188,2 min funt sterlinq ödəyiblər. Bununla da Staylz sabiq komanda yoldaşı Alan Bollun rekordunu yeniləyib. Belə ki, 1966-cı ilin çempionu olan sonuncu öz medalını 165 min funt sterlinqə satmışdı.
Futbolçu kimi qazandıqlarının hamısını hərraca çıxaran Staylz bu addımını uşaq və nəvələrinə yaxşı miras qoymaq arzusu ilə izah edib. 1968-ci ilin Çempionlar Kubokunun qalibinə verilən medal və həmin oyunda geydiyi forma da daxil olmaqla, veteran futbolçu ümumilikdə 424,4 min funt sterlinq qazanıb.
Qeyd edək ki, Staylzın dünya çempionu olmasında azərbaycanlı futbol hakimi Tofiq Bəhramov da olub. Belə ki, məhz onun sayəsində qeydə alınan və 44 ildir ətrafında müzakirələr gedən qol ingilislərə çempion titulunu qazandırıb. Bəhramov AFR-la final matçının yan xətt hakimi kimi topun qapı dan keçdiyini görməyi bacarmışdı.

0
0