“Xəzər Lənkəran”da görünməmiş olay
28.10.2010 - 10:19
“Xəzər Lənkəran”da görünməmiş olay
Unibank Premyer Liqasının X turu “Xəzər Lənkəran”ın futbolçusu Xaqani Məmmədov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu karyerasında ilk dəfə bu komandanın kapitanı kimi meydana çıxıb.

Xaqani cənub təmsilçisinin tarixinə kapitan sarğısı ilə meydana çıxan 17-ci futbolçu kimi düşüb. Bununla da “Xəzər Lənkəran”ın tarixində qeyri-adi hadisə yaşanıb. Məsələ ondadır ki, klubun 6 illik tarixində iki qardaş kapitan qeydə alınmamışdı. Xaqaninin kiçik qardaşı, “Xəzər Lənkəran”ın sabiq futbolçusu Füzuli Məmmədov da vaxtilə sarğı ilə meydana çıxıb. Bu o deməkdir ki, komandanın kapitanları siyahısında iki qardaşa təsadüf olunur. Belə olay isə dünyada heç də hər gün rast gəlinən fakt deyil. Hər halda, kapitan qardaşları çox nadir hallarda tapmaq olar.

Xaqanidən 1 yaş kiçik olan Füzulu 2008/09 mövsümünün Azərbaycan kubokunun 1/8 final mərhələsinin NBC (indiki “Muğan”) ilə oyunlarında meydana kapitan kimi çıxmışdı. Həmin görüşlərin hər ikisində - 2008-ci il oktyabrın 30-da Lənkəranda və noyabrın 6-da Salyandakı oyunlarda Məmmədov və komanda yoldaşları eyni hesabla qalib gəliblər - 3:0.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın tarixində (bütün rəsmi yarışlar) 236 oyun olsa da, bunların biri baş tutmayıb. Komandaya “Şəfa” ilə oyunda (2004/05 mövsümü) texniki qələbə verilib. Daha iki matçın nəticəsi ləğv olunduğundan, həmin görüşlərdəki kapitanlıqlar nəzərə alınmır. Digər 234 oyunda isə ən çox kapitan sarğısını daşıyan iki il öncə komandanı tərk edən, hazırda “Bakı”da oynayan Mahmud Qurbanov olub.

“Xəzər Lənkəran”ın kapitanları

1. Mahmud Qurbanov – 59 dəfə
2. Kamran Ağayev - 46
3. Emin Quliyev - 25
4. Samir Əliyev - 24
5 . Zaur Ramazanov - 23
6. Dmitri Kramarenko - 19
7. Arif Əsədov - 14
8. Elmar Baxşıyev - 10
9. Bəxtiyar Musayev - 4
10-12. Alim Qurbanov - 2
Füzuli Məmmədov - 2
Junior Osvaldo - 2
13-17. Aleksandr Martyoşkin - 1
Ədəhim Niftəliyev - 1
Rəşad Abdullayev - 1
Rahid Əmirqulıiyev - 1
Xaqani Məmmədov - 1

Mənbə: lankaranfc.com