Milli komandamız üçün təsəlli: Nə yaxşı ki, Lixtenşteyn var
28.10.2010 - 10:28
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, Adil Şükürovun yetirmələri Portuqaliyadakı uğursuzluqla qitənin ən zəifləri sırasına düşüb. Belə ki, 52 komandanın yer aldığı 13 qrupdan 12-də yarışlar başa çatdığından artıq yığmamızın bu 48 milli arasındakı mövqeyi məlumdur.
İlkin seçmə mərhələsini başa vuran komandalardan yalnız 6-sı Şükürovun yetirmələri kimi bütün qarşılaşmalarda uduzub. Mübarizənin hələ getdiyi sonuncu qrupda isə maksimum 1 yığma eyni uğursuzluğu yaşaya bilər. Bu isə o deməkdir ki, komandamız ən yaxşı halda “yeddilik”də qərarlaşacaq.
Portuqaliyaya 0:2, Şimali İrlandiyaya 0:6, Çernoqoriyaya 1:2 hesabıyla uduzan yığmamız top fərqində (1:10) xala həsrət qalan digər komandalarla müqayisədə də zəif təsir bağışlayıb. Belə ki, Şükürov bütün oyunları uduzanlardan Bolqarıstan (1:4), Rumıniya (1:7) və Uels (0:6) kimi komandalara da həsəd apara bilər. Hətta Andorranın da 1 xal topladığı seçmə oyunlarında Moldova (2:11) futbolçuları da bizimkilər qədər uğursuz olublar. Bu iki komandanın baxıb təsəlli tapdığı yeganə milli isə Lixtenşteyndir - 0:23.

0
0