Fərid Quliyev: Start heyətində meydana çıxanlar məndən güclü deyil - MÜSAHİBƏ
28.10.2010 - 11:26
Azərbaycan yığmasının və “Neftçi” klubunun hücumçusu Fərid Quliyevin apasport.az saytına müsahibəsi
- Ötən mövsümün ən məhsuldar hücumçusu cari çempionatda susqun qalıb. Bunun səbəbini necə izah edərdiniz?
- Oynamadan necə qol vura bilərəm? Hər görüşdə demək olar, 10-15 dəqiqə meydanda oluram. Buna görə də hər dəfə qol vurmaq asan deyil. Çünki cəmi 10-15 dəqiqə vaxtın olur, bunun da bir qismi oyunun tempinə uyğunlaşmağına gedir.
- Bəlkə rəqabətdə komanda yoldaşlarınıza uduzursunuz?
- Gərək oynayım ki, görsünlər rəqabətdə uduzuram, ya yox. Onlar məndən heç də güclü deyillər. Əsas heyətdə şans versinlər, özümü göstərim. Komanda qələbələri sıraladığı üçün baş məşqçi əsas heyətdə dəyişiklik etmək istəmir.
- Bəlkə “Neftçi”yə keçməkdə bir qədər tələskənliyə yol verdiniz?
- “Neftçi” hər bir futbolçunun formasını geyinmək istədiyi, arzuladığı komandadır. Qismətdir. Bundan sonra dönüb arxaya baxmağın mənası yoxdur. Sadəcə, nəzərə alsınlar ki, mən hansısa iddialı, güclü komandanın heyətində deyil, autsayder “Standard”da bombardir olmuşam. Əlbəttə, autsayder komandanın heyətində bu uğura imza atmaq daha çətindir.
- Hadisələr bu cür inkişaf etsə, komandadan ayrılmağı düşünürsünüz?
- Qış fasiləsinə 2 ay var. Ancaq mövsümün sonuna kimi gözləyəcəm. Müqaviləm çempionatın sonunda başa çatacaq.
- Ancaq bu vəziyyət yığmadakı yerinizi laxlada bilər.
- Əlbəttə, oyun praktikam azalır. Amma yığmanın baş məşqçisi Berti Foqts məni əsas heyətdə meydana buraxdı və Türkiyə yığmasını məğlub etdik. Oynamalıyam. Oyun praktikası mütləq lazımdır.
- Foqts güvənə bilər, bəs özünüz necə, meydanda olanda hansısa çatışmazlıq hiss edirsiniz?
- Daim oynamayan futbolçu özünü heç də yaxşı hiss edə bilməz. Oyun təcrübəsi itir.
- Həftəsonu Premyer Liqanın XI turu çərçivəsində “Bakı” ilə qarşılaşacaqsınız. Paytaxt derbisindən nə gözləyirsiniz?
- “Bakı” yaralı “aslan”dır. Məğlubiyyətləri sıralayırlar. Biz liderik, mövqeyimizi qorumalıyıq. Bu gün çempionluğa ən real namizəd “Neftçi”dir. Ona görə də, ancaq qələbə haqda düşünürük.
- Rəqibin hazırkı vəziyyəti “Neftçi”nin işinə yarayırmı?
- Çətin olacaq. Onlar var gücləri ilə oynayacaqlar. Qələbə qazanmaq istəyəcəklər. “Neftçi” gücünü hamıya göstərib.
- Birinci dövrə başa çatmaq üzrədir. İndiyə qədər olan müddətdə “Neftçi” məqsədinə nail olubmu?
- Məqsədimiz birinci olmaqdır. Hər dövrəni lider kimi tamamlasaq, onda istədiyimizə nail olacağıq. Hələlik işlər istədiyimiz kimi gedir.
- “Neftçi”yə çempionluq yolda hansı komandaları rəqib görürsünüz?
- 11 komandanın hamısı bizim üçün rəqibdir. Əgər iddialı komandanı udub, “Turan” kimi autsayderlə heç-heçə ediriksə, deməli, oyunlara ciddi yanaşmalıyıq. Əsas rəqiblərimiz “Xəzər Lənkəran”, “Qarabağ”, “İnter” və AZAL-dır. Ancaq istənilən komanda sürpriz etməyə qadirdir. Buna mövsümün arxada qalan hissəsində az rast gəlmədik.
TAHİR

0
0