“Qalatasaray”ın sabiq hücumçusu: “Xəzər Lənkəran”a keçməyimə əngəl var
28.10.2010 - 11:43
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Redniklə mütəmadi əlaqə saxlayırıq, telefonla danışırıq. Bu komandaya keçidimə bir əngəl var”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniya millisinin və Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Florin Bratu deyib.
Müqavilə ilə Buxarest “Dinamo”suna məxsus olub, icarə əsasında Bolqarıstanın “Liteks” komandasında oynayan 30 yaşlı hücumçu “Xəzər Lənkəran” perspektivindən də danışıb. Həmyerlisi Mirça Rednikin baş məşqçisi olduğu komandaya keçidinin yayda baş tutmamasına heyfsilənən Bratu qışda məsələnin müsbət həll olunacağına ümid edir: “Mənim “Liteks”lə müqaviləm dekabrda başa çatır. Lakin anlaşmamızda belə bir bənd var ki, Bolqarıstan təmsilçisi müqavilə başa çatandan sonra mənim transfer hüququma sahib çıxmaq imkanına malikdir. Hələlik məxsus olduğum “Dinamo”nun bu işlə məşğul olan şəxsləri ilə əlaqə qurmağa çalışıram ki, məsələni qaydasına qoyaq. Vaxtım var və istədiyimə nail olsam, digər komandalarla danışıqlara başlayacağam”.
Xatırladaq ki, Rumıniya millisində 14 oyuna 2 qol vuran Bratu karyerası ərzində “Traktorul”, “Rapid”, “Dinamo” (hamısı Rumıniya), “Qalatasaray” (Türkiyə), “Nant”, “Velansyenn” (hər ikisi Fransa), “Liteks” (Bolqarıstan) klublarının şərəfini qoruyub. 2003/04 mövsümündə şərəfini qoruduğu “Cim-Bom”un heyətində 25 matça 6 qol vurub. Bundan başqa, Çempionlar Liqasında İstanbul təmsilçisinin 2 oyununda 1 dəfə fərqlənib. Türkiyəlilər Bratunu “Rapid”dən 2,1 milyon dollara transfer etmişdi. Florin Rumıniya çempionatı, kuboku, Superkuboku, həmçinin Bolqarıstan Superkubokunun qalibidir.

0
0