Vurğun Hüseynov: Ölkə xaricində oynamaq istəyirəm
28.10.2010 - 12:57
“Hələ arzuladığım səviyyədə oynamıram. Üzərimdə çox işləməliyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun kapitanı Vurğun Hüseynov deyib.
Tovuz futbol məktəbinin yetirməsi olan 22 yaşlı müdafiəçi perspektivli oyunçulardan sayılır. Aşağı yaşlı yığmalarımızın da formasını geyinmiş Hüseynov öz oyunu ilə əsas millinin baş məşqçisi Berti Foqstun da diqqətini cəlb etməyi bacarıb. İlk dəfə yığmanın Avstriyadakı toplanışına dəvət alan futbolçu daha sonra rəsmi oyunlarda da meydana çıxmaq imkanı qazanıb.
Təbii ki, onun bu səviyyəyə yüksəlməsində əməyi olan məşqçilər də yox deyil: “Qəbələ”də daha çox diqqət mərkəzində idim. Həmin vaxt baş məşqçimiz Ramiz Məmmədov mənə güvəndi və əsas heyətdə meydana buraxdı. Ona təşəkkür edirəm. Həmçinin, Premyer Liqada oynamağıma şərait yaradan “Turan”ın sabiq baş məşqçisi Sakit Alıyevin də əməyi var. Məhz o, ilk dəfə güclülər dəstəsində oynamağıma imkan yaratdı. Əlbəttə, millinin baş məşqçi Berti Foqtsun mənə etimad göstərməsini unuda bilmərəm”.
Hüseynov bildirib ki, legioner həyatı yaşmaq istəyir: “Arzum yığmanın əsas oyunçularından biri olmaqdır. Buna nail olduqdan sonra, ölkə xaricində çıxış etmək istəyirəm. Qismət olsa, ölkəmi layiqincə təmsil edəcəm”.

0
0