“Bakı”nın vəziyyəti yaxşı deyil”
28.10.2010 - 17:07
“Mən 5 il “Bakı” klubunda oynamışam və bu komandaya yaxşı bələdəm. Düşünürəm ki, qarşılaşma çox çətin keçəcək. Düzdür onların vəziyyəti indi yaxşı deyil, neçə oyundur uduzurlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin hücumçusu Fərid Quliyev klubun rəsmi saytına açıqlamasında deyib.
Futbolçu oktyabrın 31-də “Bakı” ilə oyunda meydana çıxacağı halda qol vuracağını deyib: “Mən özüm də o komandada çıxış etdiyim dövrdən bilirəm ki, onlar “Neftçi” ilə görüşə xüsusi motivasiya ilə hazırlaşırlar. Bu oyun paytaxt derbisi sayılır və bizə qarşı var gücləri ilə vuruşacaqlarını düşünürəm. Bu dəqiqə “Bakı” klubu “yaralı aslan”dı. Həmçinin bu oyun Şefer üçün sonuncu ola bilər, futbolçuların əksəriyyətini alman məşqçi özü gətirib. Məhz buna görə onlar çalışacaqlar ki, qələbə qazansınlar. Bu görüşdə forma şansı qazansam, mütləq fərqlənməyə çalışacağam".

0
0