Türkiyəli həvəskar futbolçunu “Karvan”a “sırıdılar”
28.10.2010 - 17:26
Türkiyəli həmkarlarımız “Karvan”la bağlı yanlışlığa yol veriblər. Apasport.az saytının məlumatına görə, jurnalistlər Fırat Türkər adlı həmyerlilərinin Yevlaxda oynadığını iddia edirlər.
Türkiyənin həvəskar liqasında çıxış edən “Düzcespor” sol cinahdakı problemini həll etmək üçün transfer etdiyi Fıratla müqavilə imzalayıb. Futbola “Kocaeli Körfəz Bələdiyyəspor”da başlayan 27 yaşlı Türkərin ölkə daxilində və xaricində bir çox komandalarının formasını geydiyi bildirilərək, Azərbaycanın “Karvan” klubu göstərilib.
Əslində, məsələ başqa cürdür. Belə ki, nəinki milli çempionatımızda, ölkə kubokunda da belə bir futbolçu iştirak etməyib. Türkər “Karvan”ın 2004-cü ilin payızında düşərgəsində olsa da, oynamamış geri qaytarılıb. Komandanın baş məşqçisi Yunis Hüseynov ondan narazı olduğu üçün yola salıb. Fırat sifariş olunsa da, ona “Karvan”ın formasında debüt etmək də nəsib olmayıb.

0
0