“Azərbaycan yığmasını Vaqif Cavadovsuz təsəvvür etmirlər”
29.10.2010 - 09:31
Qazaxıstanda Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovu unutmayıblar. Apasport.az saytının məlumatına görə, bu ölkənin Futbol Federasiyasının baş katibi Sayan Həmitcanov “Bakı” klubunun 21 yaşlı hücumçusunun oyununu xüsusilə qeyd edib.
Məlum olduğu kimi, Qazaxıstan ardıcıl ikinci dəfədir Avropa çempionatının seçmə mərhələsində millimizlə bir qrupa düşüb. Həmitcanovun fikrincə, yığmalarının heyətinin gəncləşdirilməsi inkişafa təkan olacaq. Baş katib bu mənada yığmamızı və Cavadovu nümunə göstərib: “Digər ölkələrin təcrübələrinə baxaq. Uzağa getməyək, misal üçün Azərbaycanı götürək. Onların hücumçusu var, Vaqif Cavadov, transfer hüquqlarına Hollandiyanın son çempionu olan “Tvente” klubu sahibdir. Qazaxıstanın futbolsevərləri onu keçirdiyimiz birinci Prezident Kubokundan tanıyırlar. Həmin vaxt Vaqif Moskva MOİK-ində oynayırdı. Onu yığmaya cəlb edəndə 17 yaşı var idi. Orada bu eksperimentə qarşı çıxanların sayı çox idi. Ancaq bu istedadlı gənc getdikcə böyüyərək, güclü futbolçuya çevrildi və inkişaf etməkdə davam edir. Azərbaycan yığmasını Cavadovsuz təsəvvür etmirlər”.

0
0