Futbol hakimləri vergi ödəmək istəmirlər
29.10.2010 - 09:43
Portuqaliya çempionatının noyabrda baş tutacaq oyunları baş tutmaya bilər. Apasport.az saytının məlumatına görə, buna hakimlərin tətil etmək haqda qərarı səbəb olub. Ədalət təmsilçiləri dövlət vergi sistemindəki dəyişikliklərə etiraz əlaməti olaraq, meydana çıxmaqdan imtina edir. Belə ki, əvvəllər Portuqaliyada hakimlər peşəkar sayılmırdı və qazanclarından heç bir vergi ödəmirdi. Lakin qanundakı yeniliyə əsasən onlar da hər bir vətəndaş kimi dövlət büdcəsinə para köçürməli olacaq.
Bununla razılaşmayan hakimlərin etiraz aksiyası baş tutarsa, gələn ay müxtəlif turnirlərdə keçirilməli olan yüzlərlə qarşılaşma baş tutmayacaq. İndi portuqaliyalılar futbol federasiyası ilə hökumət arasında ortaq məxrəc tapılacağına ümid edirlər.

0
0