Elnur Allahverdiyev: Bu dostluq heç nəyi dəyişməyəcək
29.10.2010 - 10:33
“Çətin oyun olacaq. Bu qarşılaşma çempionluğun taleyini 60-70 faiz həll edən görüşlərdən biridir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyev deyib.
Sabah Unibank Premyer Liqasının XI turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Xəzər Lənkəran” məşqlərini paytaxtda həyata keçirir. “Gəncə”yə məğlubiyyətdən sonra “Turan”ı yenərək özünə gələn cənub təmsilçisi yenidən büdrəmək istəmir. Bu da maraqlıdır ki, son iki mövsümdə “Xəzər Lənkəran” rəqib meydanında qələbə qazana bilmir. “Ağ-yaşıllar” bu uğursuz seriyaya son qoymaq niyyətindədir: “Xala ehtiyacımız var. Ancaq qələbə üçün meydana çıxacağıq. Düzdür, çətin olacaq, amma azarkeşlərin maraqlı oyun izləyəcəyini deyə bilərəm. Sona qədər mübarizə aparacağıq”.
Yayda “Qarabağ”la müqaviləsi başa çatdıqdan sonra “Xəzər Lənkəran”la anlaşan müdafiəçi bu dəfə keçmiş komandasına qarşı mübarizə aparacaq. Ancaq yığmamızın da formasını geyinən Allahverdiyev meydanda bunun heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayıb: “Düzdür, “Qarabağ” keçmiş komandamdır. O klubda yaxşı dostlarım var. Hamısı yerli uşaqlardır. Ancaq bu dostluq heç nəyi dəyişməyəcək. Çıxıb öz oyunumu oynayacam”.

0
0