“Yağlı tikələr” və ya Rednik hamıdan öndə
29.10.2010 - 11:31
Unibank Premyer Liqasının XI turu yerli və əcnəbi baş məşqçilərin qarşıdurması ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, həftəsonu keçiriləcək 6 görüşdən 5-də 2 fərqli futbol məktəbinin yetirməsi olan mütəxəssislər üz-üzə gələcək. 2 legioner çalışdırıcının qarşılaşacağı “Simurq” – “İnter” matçı istisna olmaqla, hər oyunda yerlilərlə gəlmələr üz-üzə gələcək.
Rumıniyalı Mirça Rednik (“Xəzər Lənkəran”) Qurban Qurbanovla (“Qarabağ”), almaniyalı Vinfred Şafer (“Bakı”) Arif Əsədovla (“Neftçi”) dueldə kimin güclü olduğuna aydınlıq gətirəcək. AZAL-ın (Nazim Süleymanov) “Muğan” (Almir Hurtiç, Bosniya və Herseqovina), “Qəbələ”nin (Toni Adams) “Gəncə” (Fuad İsmayılov), “Turan”ın (Revaz Dzodzuaşvili) MOİK-lə (Ramil Əliyev) qarşılaşmaları da yerli və əcnəbi məşqçinin üz-üzə gəlməsi ilə əlamətdar olacaq.
Maraqlıdır, görəsən ölkəmizin qonağı olan legionerlər yerlilərlə duellərdə özlərini necə hiss edirlər? Çempionatın arxada qalan 10 turuna nəzər salsaq, 33 belə qarşılaşma baş tutub. Baş məşqçi postuna rəsmən təyin olunub, yalnız 2 görüşdən sonra qeydiyyatdan keçən Dzodzuaşvilinin adı təkcə son turda protokolda əks olunub. Lakin onun hazırlayıb, texniki zonada olmağı köməkçilərinə həvalə etdiyi oyunlar da, Kaxaber Sxadadzenin cəzalı olduğu matçlar da gürcülərin hesabına yazılıb.
Bütün bu nəticələrə nəzər saldıqda isə yerli məşqçilərin qənimi Rednikin olduğu üzə çıxır. Yalnız Gəncədə büdrəyən rumıniyalı hər dəfə azərbaycanlı həmkarlarını məğlub edir. Məşqçilərimiz üçün “yağlı tikələr” isə Dzodzuaşvili və Hurtiçdir. Onlar hələ də yerli həmkarına qalib gəlməyiblər. İngiltərəli Adams isə bu göstəricidə iddialı həmkarları Sxadadze ilə Şaferdən öndə qərarlaşıb.

1 | Mirça Rednik | 4 | 3 | 0 | 1 | 6-4 | 9 | 75% |
2 | Toni Adams | 5 | 2 | 2 | 1 | 3-3 | 8 | 53% |
3 | Kaxaber Sxadadze | 6 | 3 | 0 | 3 | 5-8 | 9 | 50% |
4 | Vinfred Şafer | 5 | 2 | 1 | 2 | 8-8 | 7 | 47% |
5 | Qyoko Hacıyevski | 6 | 1 | 2 | 3 | 8-12 | 5 | 28% |
6 | Almir Hurtiç | 5 | 0 | 3 | 2 | 4-6 | 3 | 20% |
7 | Revaz Dzodzuaşvili | 2 | 0 | 1 | 1 | 2-3 | 1 | 17% |
0
0