Millimizin Sloveniya marafonu
29.10.2010 - 12:59
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 2011/12-ci illər mövsümündəki rəqibləri gələn ay müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, yarışın püşkatması noyabr 30-da İsveçrənin Nyon şəhərində baş tutacaq. Bakı vaxtı ilə saat 11:30-da başlanacaq tədbir zamanı yığmalar iki səbətə bölünəcək.
İspaniya, İngiltərə, İsveçrə, Hollandiya, Fransa, Almaniya, Türkiyə, Xorvatiya, Portuqaliya, Çexiya, Serbiya, Yunanıstan, İtaliya, İrlandiya, Avstriya, Belçika, Uels, Rumıniya, Slovakiya, Polşa, Şimali İrlandiya, Şotlandiya, Macarıstan, Norveç, İsveç və Gürcüstan milliləri A səbətində qərarlaşıblar.
B səbətində isə nisbətən zəiflər - Finlandiya, Danimarka, İsrail, Lüksemburq, Rusiya, Belarus, Bosniya və Herseqovina, Azərbaycan, Ukrayna, Estoniya, Bolqarıstan, Kipr, İslandiya, Moldova, Makedoniya, Malta, Litva, Andorra, Latviya, Farer adaları, Qazaxıstan, Çernoqoriya, Ermənistan, Albaniya, Lixtenşteyn, San Marino yer alıblar.
Qeyd edək ki, qitə çempionatının final mərhələsi Sloveniyada keçiriləcək.

0
0