Azərbaycanda legioner futbolçular sosial sığortaya cəlb olunacaq
29.10.2010 - 12:55
“Bütün peşəkar futbol komandalarındakı legionerlərin siyahısı hazırlanır. Biz ondan sonra, yəqin ki, bu ayın əvvəlində AFFA-ya və bütün komandalara məktubla müraciət edəcəyik”. APA-nın məlumatına görə, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov futbol komandalarındakı legionerlərin məcburi dövlət sosial sığortaya cəlbinin vacibliyi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, bu məsələ yalnız futbol komandalarının sosial sığorta prosesinə cəlb olunması ilə həll edilmiş sayıla bilməz: “Bu gün fondda 9 mindən yuxarı əcnəbi vətəndaş qeydiyyatdadır. Amma söhbət təkcə xarici vətəndaşlardan da getmir. Söhbət muzdla işləyənlərdən də getmir. Dövlət Statistika Komitəsinin muzdlu işçilərlə bağlı verdiyi statistika ilə bizim statistika arasında elə bir fərq yoxdur. Söhbət pərakəndə ticarətdə işləyənlərdən gedir. Qeydiyyatdan yayınanların əksəriyyəti fiziki şəxslərin yanında çalışanlardır. İstər pərakəndə satışda, istərsə restoran, şadlıq evi biznesində, istərsə də nəqliyyat sektorunda vəziyyət belədir. Sabah bu insanlar pensiya çıxanda necə olacaq?”

0
0