“Çelsi”nin bazasında Azərbaycandan danışdılar - FOTO
29.10.2010 - 13:12
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink Azərbaycan millisinə məğlubiyyəti unuda bilmir. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsində Bakıda 0:1 hesablı yenilgi haqda bu dəfə Londonda danışıb.
Vaxtilə çalışdırdığı “Çelsi”nin bazasına baş çəkmək üçün İngiltərəyə yollanan Hiddink klubun rəsmi saytına müsahibə verib: “Biz seçmə mərhələyə səfərdə Qazaxıstanı yenməklə, yaxşı başladıq. Bu, heç də asan oyun deyildi. Həmçinin Belçika yığmasına qarşı əla oyun keçirdik və qalib gəldik. Bundan sonra iki səfər oyununda yaxşı çıxış etmədik. Təbii ki, Almaniyaya gedəndə maksimum əldə etmək istəyirsən. Ancaq onlar almanlar olduğu üçün məğlubiyyət təəccüblü deyildi. Azərbaycanda isə uduzacağımızı gözləmirdik. Günahkar özümüzük: az qol şansı yaratdıq, onları da reallaşdırmadıq. Nəticədə rəqib künc zərbəsindən qol vurdu. Son oyunlarımız belə alındı. Ancaq bu yolun axırı deyil, həmişə variantlar var”.

0
0