Əcnəbilər üçün alınmaz “Gəncə”
29.10.2010 - 13:41
 Əcnəbilər üçün alınmaz “Gəncə”
Unibank Premyer Liqasının XI turunda azərbaycanlı baş məşqçilər əcnəbi mütəxəssislər qarşısında növbəti sınağına çıxacaqlar. Apasport.az saytının məlumatına görə, gəlmələri qələbə sayında 13:11 hesabı ilə üstələyən yerli çalışdırıcılar bu üstünlüyü I dövrənin son turunda da qorumağa çalışacaqlar.

Çempionatın arxada qalan 10 turunda baş tutan 60 görüşdə istefa verən Sakit Alıyevi də nəzərə alsaq, 6 məşqçimiz legioner həmkarları ilə üz-üzə gəlib. Onlar arasında ən yaxşı nəticə Premyer Liqanın lideri “Neftçi”yə rəhbərlik edən Arif Əsədova məxsusdur. Lakin həm o, həm də gəlmələrə qonaqpərvərlik göstərməyən Nazim Süleymanov əcnəbilərlə duellərdə məğlub olub. Çempionatın ortababı “Gəncə” isə bu mənada hamıdan fərqlənir. Belə ki, Fuad İsmayılov indiyədək xarici həmkarlarına heç vaxt uduzmayıb.

1

Arif Əsədov

6

4

1

1

11-3

13

72%

2

Nazim Süleymanov

5

3

1

1

10-4

10

67%

3

Fuad İsmayılov

5

2

3

0

8-4

9

60%

4

Qurban Qurbanov

6

3

1

2

7-5

10

56%

5

Ramil Əliyev

6

1

1

4

4-10

4

22%

6

Sakit Alıyev

5

0

2

3

4-10

2

13%