Branimir Subaşiç: Çernoqoriya ilə görüşdə oynamayacağam
08.11.2010 - 14:26
Azərbaycan millisi Çernoqoriya ilə Podqoritsada keçiriləcək yoldaşlıq görüşü öncəsi itki ilə üzləşib. Uzun fasilədən sonra yenidən yığmamıza çağırılan “Qəbələ” klubunun hücumçusu Branimir Subaşiç noyabrın 17-də baş tutacaq matçda iştirak edə bilməyəcək.
Bu barədə apasport.az saytına açıqlamasında Subaşiç bildirib ki, Unibank Premyer Liqasının XII turunda “Xəzər Lənkəran”la oyunun ikinci hissəsində aldığı zədə ciddidir: “Hazırda klinikadayam və az öncə zədəm müayinə olundu. Nəticə belədir ki, əzələmdə böyük dartılma var. Bu isə 2-3 həftə yaşıl meydandan kənarda qalmağım deməkdir. Zədələndiyim epizodda rəqib tərəfindən xəsarət almadım. Qaçanda ayağımda ağrılar hiss etdim. Oyunu davam etdirə bilmədiyimdən, əvəzlənməyimi istədim. Ola bilsin ki, meydanın örtüyünün süni olması da təsir göstərdi. Yaşıl meydana nə vaxt qayıdacağımı həkimlər müəyyənləşdirəcək. Hər halda, ən azı bu həftə məşq edə bilmərəm”.
Subaşiç üçün Çernoqoriya ilə oyun prinsipial əhəmiyyət kəsb edirdi. Axı milliyətcə serb olan futbolçu uzun illər Çernoqoriya ilə bir ölkəni təmsil edib. Üstəlik, Branimir il yarımdan sonra millimizə qayıtmaq imkanı qazanırdı: “Yığmadan dəvət alanda elə sevinmişdim ki... Çernoqoriyalılar da demək olar bizimkilərdir. Biz bir ölkədə yaşadığımızdan, onları həmyerlilərim saymaq olar. Ancaq tez bir zamanda sağala bilmərəm və yığmada ola bilməyəcəyimə görə üzülürəm. Ağrılar çox olmasaydı, iynə vurub, oynayardım. Ancaq ayağımda güclü ağrılar var və belə vəziyyətdə məşq edə bilmərəm. Zədəmi sağaltmağım lazımdır. Bu gün millinin təlim-məşq toplanışı başlayır və düşərgəyə gedib, yığmanın həkimləri ilə məsləhətləşəcəyəm”.
Mehman SÜLEYMANOV

0
0