“O, bunu edə bilmirsə, yaxşı məşqçi deyil”
10.11.2010 - 21:00
Bu gündən təlim-məşq toplanışına yığışan Azərbaycan yığmasının mətbuat üçün açıq məşqi keçirilib. Apasport.az saytının xəbərinə görə, media nümayəndələri əvvəlcə Zabrat qəsəbə stadionunda baş tutan məşq prosesini izləyiblər. İsinmə hərəkətlərinin ardından baş məşqçi Berti Foqtsun istəyi ilə futbolçular ikitərəfli oyun keçiriblər. Daha sonra 2 müdafiəçi 7 futbolçuya qarşı mübarizə aparıb. Məşq prosesi başa çatdıqdan sonra “AIRPORT HOTEL”də Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçirilib.
- Əvvəlcə təlim-məşq toplanışı və Çernoqoriya ilə keçiriləcək yoldaşlıq oyunu haqda danışardınız...
- Təlim-məşq toplanışı keçirdiyimizə görə şadam. Futbolçuların hazırlığından razı qaldım. Əvvəllər fasilə zamanı uşaqların hazırlığından narazı qalırdım. Amma Türkiyə ilə oyundan sonra keçirdiyimiz ilk toplanışda hər şeyin qaydasında olduğunu deyə bilərəm. Uşaqlar yaxşı hazırlaşdılar. Heyətdən də göründüyü kimi, uzun müddət yığmaya dəvət etmədiyimiz bəzi futbolçuları bu dəfə toplanışa çağırdıq. Onlardan Aqil Nəbiyevin adını qeyd edə bilərəm. Onun oyununu AZAL-ın heyətində də izləmişdim. Nəbiyev məşqlərdə özünü yaxşı tərəfdən göstərə bildi. Ruslan Abışov haqda da xoş sözlər söyləyə bilərəm. Türkiyə ilə oyun onun xeyrinə oldu. Bildiyiniz kimi, Abışov zədəli idi. Uzun fasilədən sonra yığmaya dəvət etdiyim bəzi oyunçuların formada olmadığını aydınlaşdırdım. Ona görə də, həmin futbolçular ilk növbədə üzərlərində işləməli və klublarında əsas heyətə düşməlidirlər.
Çernoqoriya ilə oyuna gəldikdə, rəqibimiz öz qrupunun lideridir. İngiltərə ilə səfərdə qarşılaşan çernoqoriyalılar hətta qələbə də qazana bilərdilər. Onlarla yoxlama oyunu keçirəcəyimizə görə şadam. Komandamız gənc oyunçulardan qurulub. Bu oyun təcrübə toplamağımız baxımından əhəmiyyətlidir. Heyətə gəldikdə, həftəsonu keçiriləcək turun oyunlarını gözləməliyik. Bəzi futbolçular haqda beynimdə suallar var. Məsələn, Vaqif Cavadov oynamalıdır. O, “Bakı”nın heyətində meydana çıxmasa, Çernoqoriyaya aparılmaya bilər. Rəşad Sadıqovun da zədəsi var. Onun vəziyyətinə həftəsonu keçiriləcək oyundan sonra aydınlıq gətiriləcək. Maksim Medvedev, Rail Məlikov, Samir Abasov zədəli olduqlarına görə, Çernoqoriya ilə matçda bizə kömək edə bilməyəcəklər. Bu bir tərəfdən mənfi haldır, digər yandan cavanların oynamaları, özlərini göstərmələri üçün bir şansdır.
- Çernoqoriya ilə qarşılaşmanın təcrübə baxımından xeyirli olacağını dediniz. Bəs onların oyunu qrupumuzda yer alan komandalardan hansına bənzəyir?
- Avstriya yığmasına. Çernoqoriya millisi sürətli futbolçulardan qurulub və üzvlərinin əksəriyyəti Avropanın digər klublarında çıxış edirlər.
- Unibank Premyer Liqasında çıxış edən legionerlərlə yığmanın oyununu təşkil etməyi düşünürsünüzmü? Çünki bu təcrübədən əksər ölkələrdə istifadə edirlər...
- Dekabrda 4 günlük təlim-məşq toplanışımız olacaq. Məşq prosesində də futbolçu inkişaf edir. Yanvarda isə 14 günlük hazırlıq keçəcəyik. Bir neçə yoldaşlıq oyununda qüvvəmizi sınayacağıq. Almaniyada bir dəfə bu təcrübədən istifadə etmişəm. Amma Azərbaycanda bunu etmək istəmirəm.
- Səbəbini izah edə bilərsinizmi?
- Almaniyada bu oyunu xeyriyyə məqsədi ilə keçirmişdik. Bunun nə mənə, nə də futbolçulara xeyri var. Başqa ölkələrdə belə təcrübənin olmasından xəbərsizəm. Ancaq Almaniyada bunu edəndə xoşum gəlməmişdi. Azarkeşlər üçün də yaxşı hal deyil. Bu cür qarşılaşmanı güləşdə reallaşdırmaq olar, futbolda yox.
- Türkiyə ilə oyundan əvvəl Rəşad Sadiqovun hazırlığından narazılığınızı bildirmişdiniz. İndi vəziyyət necədir?
- Mətbuatda futbolçularım haqda danışmaq istəmirəm. Rəşad Sadiqovun nəyə qadir olduğunu yaxşı bilirəm. O, təcrübəli futbolçudur. Amma hər zaman öz oyununu göstərə bilmir. Niyəsini mən də deyə bilmərəm.
- Lyuba Baranin ölkə mətbuatına açıqlamasında Azərbaycan yığmasında oynamaq istədiyini deyib. Onun fikirləri ilə tanışsınız?
- Bu oyunçunu tanımıram. Həftəsonu “Qəbələ”nin oyununu izləyəcəm. Əgər hansısa əcnəbi başqa ölkənin yığmasının formasını geyinmək istəyirsə, yerlilərdən çox güclü olmalıdır. Həm də FİFA artıq bu prosedur qaydalarını çətinləşdirib. Fikrimcə, yığmanın formasını yerli oyunçular geyinməlidirlər. Azərbaycan bayrağını, şərəfini onlar ucaltmalıdırlar. Bizim yaxşı U-19 yığma komandamız var. U-21 də pis deyil. Məhz bu gənclərin millidə oynamasını istəyirəm.
- Fabio Luis Ramim heç də yaxşı formada deyil. Amma onun yerinə başqa futbolçu – təcrübəli olsa da, hazırda formada olan Ceyhun Sultanova dəvət göndərə bilərsiniz.
- Ramim mən Azərbaycan yığmasında işləməyə başlayanda, çox yaxşı çıxış edirdi. Ona görə bu futbolçunu milliyə dəvət edirdik. Ancaq arxada qalan müddətdə cavanlar yatmayıb, üzərlərində işləyiblər. Fabiodan formanı alıblar. Onu zədəli olduğuna görə, toplanışa dəvət etmədim. Amma həftəsonu keçiriləcək oyunda izləyəcəm. Cavanlar da üzərlərində daim işləməlidirlər. Rauf Əliyev, Amit Quluzadə, Maksim Medvedev, Araz Abdullayev öz şanslarından maksimum istifadə etməlidirlər. Lakin onlar potensiallarının cəmi 60 faizdən yararlanırlar. Klubların qarşısına baza, məşq meydançaları yaratmaq tələbi qoyulmalıdır. Yəni futbolçu məşq prosesində özünü göstərməlidir ki, baş məşqçi də ona şans versin. Elə futbolçular var ki, əsas komandanın heyətinə düşə bilmirlər. Heç əvəzedici komandada da oynamırlar. Halbuki, futbolçu üçün oyun təcrübəsi vacibdir. Gərək, əvəzedici komandada da olsa, oynayasan.
Mən bir müddət əvvəl “Mançestr Yunayted”in düşərgəsində oldum. Orada əsas heyətə düşə bilməyən futbolçular ehtiyat komandanın oyunlarına qatılırdılar. Baş məşqçi Aleks Ferqyusson da onların oyununu izləmək üçün 80 kilometr yol qət edib, stadiona gedirdi. Almaniyada da belədir. Bəs Azərbaycanda niyə belə deyil?
- Bu mentalitetimizdən irəli gəlir...
- Futbolçunun harada oynamasına baş məşqçi qərar verir. Əgər o bunu edə bilmirsə, deməli, yaxşı məşqçi deyil. Bəs onda onlara necə göstəriş verir? Həm də heç bir futbolçu özündən razı olmamalıdır. Daim məşqdən sonra qalıb, üzərində işləməlidir.
- Çernoqoriya ilə oyunda meydana nəticə üçün çıxacaqsınız, yoxsa müəyyən eksperimentlər həyata keçirəcəksiniz?
- Bir neçə mövqedə dəyişiklik edəcəyik. Çünki zədəli futbolçularımız var. Futbolda nəticə də vacibdir. Həm təcrübə toplamağa, həm də yaxşı nəticə qazanmağa çalışacağıq.
- AFFA rəhbərliyi sizdən yaxşı nəticə istəyir. Bəs siz necə, onlardan normal məşq keçmək üçün yaxşı meydançalar tələb edirsinizmi?
- Bu böyük problemdir. Yaxın günlərdə AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədovla görüşümüz olacaq. Həmin toplantıda PFL-in nümayəndəsinin də iştirak etməsinə çalışacam. Hər klubdan bir əsas, üç məşq meydançası olan stadion tələb etmək lazımdır. Həmin meydançalarda uşaqlar da məşq edə biləcəklər. Deyirlər ki, Bakıda hava şəraiti ilə əlaqədar təbii ot örtüklü meydançaları saxlamaq olmur. Ancaq biz “Bakı” klubunun bazasında məşq etdik. Orada bir neçə təbii ot örtüklü məşq meydançaları var. Çox gözəl də saxlayırlar.
- Mahir Şükürov son vaxtlarda ehtiyatda qalır. Əfran İsmayılovun da zədəli olduğunu nəzərə alsaq, sağ cinahda kimə şans verəcəksiniz?
- Gərək, Mahirin özünü görüm. O, bizimlə Çernoqoriyaya gedəcək. Orada 3 məşqimiz olacaq. Şükürovun durumunu həmin məşqlər zamanı görəcəm.
- Yanvarda keçirməyi düşündüyünüz təlim-məşq toplanışı harada olacaq?
- Dubayda. Orada əla şərait var. Oteldən məşq meydançasına cəmi 5 dəqiqəlik məsafədir.

0
0