Vinfred Şafer: 3 saat 24 dəqiqə bəsindir!
10.11.2010 - 17:23
“Bakı” klubunun futbolçusu Bəxtiyar Soltanov əvəzedici heyətə göndərilib. Apasport.az saytının məlumatına görə, komandanın almaniyalı baş məşqçisi Vinfred Şafer özünü göstərə bilməyən gənc hücumçunun əvəzedici heyətdə məşq etməsini istəyib. “Bakı”nın uğursuz çıxışına görə hər dəfə bir futbolçuya belə cəza verən Şafer mövsüm ərzində cəmi 6 dəfə meydana çıxan Bəxtiyardan heç razı deyil. 12 tur ərzində vur-tur 204 dəqiqə, yəni 3 saat 24 dəqiqə şans qazanan Soltanov bu müddət ərzində almaniyalının ümidlərini doğrulda bilməyib.
- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0