Raymundo Vilson: Azərbaycanda o qədər legioner var ki...
10.11.2010 - 18:00
“Mən bu ilin avqustuna kimi Bakının “İnter” klubunda məşq etdim. Sonra vətənə qayıtmağa qərar verdim. Hər bir futbolçu karyerasını doğma şəhərində bitirmək istəyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun sabiq futbolçusu Raymundo Vilson Junior deyib.
34 yaşlı qapıçı yeni müqavilə imzaladığı Braziliyanın “San Bernardo” klubundakı təqdimatı mərasimində Azərbaycan karyerasını da yada salıb. Bu ilin mayında ölkə çempionu “İnter”in heyətindən kənarlaşdırılan Vilson bundan sonra da paytaxt klubunda məşq etdiyini bildirir. O, iki il çıxış edib 1 qızıl və 1 gümüş qazandığı Azərbaycan futbolu haqda yüksək fikirdə olduğunu gizlətməyib: “Arxada qalan müddətdə fərdi hazırlıq keçirdim. Ən azı ay yarımdır ki, fitneslə məşğul oluram. O ki, qaldı Azərbaycana, onların nəticələri qənaətbəxş olmasa da, yüksək səviyyədədir. Orada o qədər legionerlər var ki... Təkcə bizim komandada 16 əcnəbi çıxış edirdi. Bu ölkədə futbola böyük pullar qoyurlar”.

0
0