“Bakı”nın futbolçuları Yəmənə getmədi
10.11.2010 - 18:16
“Bakı” klubunun moldovalı futbolçuları Vadim Boretslə Aleksey Savinovun Yəmənə səfəri baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, bu, müdafiəçilərin üzvü olduğu yığmalarının Yəmənlə noyabrın 17-də yoldaşlıq görüşü keçirməkdən imtina etməsi ilə bağlıdır.
Bu ölkənin futbol federasiyası bütün nəqliyyat xərclərini ödəməyə hazır imiş. Ancaq Moldova yığmasının baş məşqçisi Qabi Balint oyundan imtina edib. O, qərara gəlib ki, yəmənlilərlə görüş yetirmələrinə kömək olmayacaq: “Bizim Yəmənlə oynamaq təklifimiz var idi. Bu, maddi cəhətdən federasiyaya sərfəli olardı. Ancaq futbolçulara heç bir fayda verməyəcəkdi. Hesab edirəm ki, təyyarə ilə 6 saatlıq uçuş, mövsümün sonunda, çempionatın bitdiyi və futbolçuların məzuniyyəti düşündüyü vaxtda, üstəlik 30 dərəcə istidə oynamaq düzgün olmazdı. Ona görə də mən imtina etdim”.
Balint növbəti yoldaşlıq görüşünü gələn ilin martında İsveç yığması ilə rəsmi oyuna az qalmış keçirməyi planlaşdırdığını bildirib.
Qeyd edək ki, Moldova yığmasına son vaxtlar yalnız Boretslə Savinov dəvət alır.

0
0