“Qalatasaray” “Xəzər Lənkəran”ın futbolçusuna rəsmi təklif göndərdi
10.11.2010 - 18:25
“Qalatasaray” “Xəzər Lənkəran”ın futbolçusuna rəsmi təklif göndərdi
“Xəzər Lənkəran” klubunun futbolçusu Cem Fələk “Qalatasaray”dan rəsmi təklif alıb. Bu haqda apasport.az saytına 14 yaşlı futbolçunun atası Vural Fələk məlumat verib.

“Türklər bu məqsədlə nümayəndələrini Almaniyaya göndəriblər. Onlar arasında “Qalatasaray”ın idman direktoru Adnan Sezgin də var. Oğlumu Türkiyədə yığmanın təlim-məşq toplanışında olan zaman görüblər. Bildiyiniz kimi, Cemin transfer hüquqları “Xəzər Lənkəran”ın sponsoru “Palmali” Şirkətlər Qrupuna məxsusdur. Bizim rəhbərliklə anlaşmamız olduğundan, “Qalatasaray” oğlumu sərbəst qaydada transfer edə bilməz. Bu üzdən “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovla danışığımız olub. O, Cemi satmaq fikrində və pula ehtiyacı olmadıqlarını söyləyib” – deyə Fələk bildirib.

Fələk bildirib ki, oğlu mövsümün sonunda ən çox arzuladığı “Barselona”nın düşərgəsinə yollanacaq: “Qalatasaray” nümayəndələri də buna qədər Cemin transfer hüquqlarına sahib çıxmaq istəyirlər”.

Mehman SÜLEYMANOV