Berti Foqts milli komandanı Dubaya 14 günlük toplanışa aparır
10.11.2010 - 18:58
Berti Foqts milli komandanı Dubaya 14 günlük toplanışa aparır
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts komandanı dekabrda da bir araya gətirəcək. Apasport.az saytının xəbərinə görə, almaniyalı mütəxəssis bu barədə keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, milli komanda dekabrda 4 günlük toplanışa yığışacaq: “Yanvarda isə Dubayda 14 gün hazırlıq keçəcəyik”.

Azərbaycanda stadionlar barədə də danışan Foqts bildirib ki, AFFA rəhbərliyi ilə görüşəcək: “Bir stadionda 3 klub çempionat oyununu keçirir. Assosiasiya başçısı Rövnəq Abdullayev və baş katib Elxan Məmmədovla görüşəcəm. İstərdim ki, həmin görüşdə Peşəkar Futbol Liqasından da kimsə olsun. Əsas istəyim odur ki, klublar özləri üçün stadion inşa etsinlər. AFFA rəhbərliyi bu barədə klublar qarşısında tələb qoysa yaxşıdır”.

Millimizin üzvü Vaqif Cavadovun zədəsinə gəlincə, Foqts bildirib ki, komandanın həkimləri futbolçunun bir daha müayinə edəcəklər və bundan sonra onun noyabrın 17-də Çernoqoriya ilə yoldaşlıq matçına aparılıb-aparılmayacağı bəlli olacaq.