“Gəncə”nin oyunlarında geriləmə hiss olunur”
11.11.2010 - 00:07
“Açığı “Muğan”la görüşdə öz oyunumuzu oynaya bilmədik. Etiraf edək ki, rəqib daha üstün futbol oynadı”. Bu sözləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun futbolçusu Muammer Ərdoğdu deyib.
Uzun müddət zədəli olan türkiyəli legioner son iki oyunda komandasına kömək edib. Maraqlıdır ki, onun meydana çıxdığı matçlarda “Turan” qapısının toxunulmazlığını qoruyub. Özünü hazır hiss edən Ərdoğdu “Muğan”la görüş barədə fikirlərini bildirib: “MOİK-lə oyundakı kimi çıxış edə bilmədik. Buna baxmayaraq, səfərdən 1 xal qazandığımız üçün sevincliyik. Ən əsası odur ki, qol buraxmadıq. Artıq müdafiə xəttimizin öz oyununu tapdığını deyə bilərəm”.
Həftəsonu keçiriləcək “Turan” – “Gəncə” oyunu ilə bağlı da fikir bildirən gənc müdafiəçi qələbə qazanmaq uğrunda mübarizə aparacaqlarını deyib: “Gəncə” ilə oyunun derbi olduğunu bilirəm. Təcrübəli futbolçulardan təşkil olunub. Oyunlarında geriləmə hiss olunur. Biz isə gənc komandayıq. Artıq heç bir komanda Tovuzdan asan xal apara bilməyəcək. Çalışacağıq ki, “Gəncə” ilə oyunda qol buraxmadan qələbə qazanaq. Çünki qol buraxmamaq seriyamızı daha da uzatmaq istəyirik”.

0
0