Futbol azarkeşlərini metroda döydülər
11.11.2010 - 09:51
Futbol azarkeşlərini metroda döydülər
Rusiya çempionatında keçirilən “Zenit” – MOİK oyunundan sonra xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburqda baş tutan və qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatan görüş moskvalı azarkeşlərə baha başa gəlib. Təxminən 10-a yaxın MOİK fanatı metroda hücuma məruz qalıblar. Birdən onların üstünə 30-40 sankt-peterburqlu azarkeş hücum çəkib. Onlar gəlmələrin üzərinə atılaraq qəddarcasına çırpmağa başlayıblar. Moskvalılardan biri yerə sərilib. Buna əhəmiyyət verməyən “Zenit” fanatları onu təpikləməkdə davam ediblər və yer bütün qana bulaşıb. Bundan sonra hücum çəkənlər hadisə yerindən qaçıblar.