“Xəzər Lənkəran”ın futbolçusu Hollandiya – Türkiyə görüşündə oynayacaq
11.11.2010 - 10:07
“Xəzər Lənkəran” klubunun futbolçusu Cem Fələk Türkiyə milli komandasına dəvət olunub. Apasport.az saytının məlumatına görə, 14 yaşlı türkiyəli oyunçu yığmasının heyətində Hollandiya millisi ilə yoldaşlıq görüşündə iştirak edəcək. Məlum olduğu kimi, bu iki ölkənin əsas yığması noyabrın 17-də Amsterdamda yoldaşlıq görüşündə üzləşəcək. Bu ayın 30-da isə Hollandiya və Türkiyənin 15 yaşlılardan ibarət yığmalarının da yoxlama oyunu olacaq. Ölkənin 15 yaşlılardan ibarət yığmanın hazırlığına qatılan Cemə kapitan sarğısı etibar olunub. Oyun qurucusu futbolda ilk addımlarını atdığı Frankfurtun “Ayntraxt” klubunda oynasa da, transfer hüquqları “Xəzər Lənkəran”a məxsusdur.
0
0