Televiziya şərhçisi stadionu süpürdü
11.11.2010 - 10:22
Qazaxıstan futbolunda qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, yerli televiziya kanalının futbol şərhçisi Roman Lopatenko Kostanay şəhərinin mərkəzi stadionunun süpürüb. Buna onun mərcdə uduzmağı səbəb olub.
Məsələ ondadır ki, Lopatenko Kostanay təmsilçisi “Tobol”un ölkə çempionu olacağına inanmırmış. O, mərc gəlibmiş ki, əgər bu komanda Qazaxıstan birinciliyinin qızıl medallarına yiyələnsə bütün stadionu təkbaşına süpürəcək.
Tarixində ilk dəfə bu titulu qazanan “Tobol” teleşərhçini Almatıdan ölkənin şimalındakı Kostanaya uçmağa məcbur edib. Stadiona çatan kimi əlinə süpürgə alıb tribunaların altında əraziləri təmizləməyə başlayıb. Onun bütün stadionu neçə saata süpürdüyü məlum deyil.

0
0