“O, Azərbaycana getməsəydi, daha çox qol vurardı”
11.11.2010 - 11:21
“O, Azərbaycana getməsəydi, daha çox qol vurardı”
Braziliya mətbuatı ölkə çempionatında uğursuz çıxış edən “Qremio Prudente” klubunun çətin vəziyyətə düşməsini araşdırmaqda davam edir. Apasport.az saytının məlumatına görə, cənubi amerikalılar bu komandanın A seriyasında qalmaq uğrunda oynamağa məcbur olduğunu bir sıra aparıcı futbolçuların transferləri ilə bağlayırdı. Hələ bir müddət əvvəl Denis Silva və Flavinyonu ələ keçirən “Neftçi”nin bu uğursuzluqlarda rol oynadığı iddia olunurdu.

Bu dəfə isə həmkarlarımız “Qremio Prudente”nin vuran ayağı Uesli Moraişin kölgədə qalmasına toxunublar. A seriyasında vurduğu 9 qolla bombardirlər siyahısında 10-cu olan, 5 qol vuran əfsanəvi Ronaldonu az qala iki dəfə qabaqlayan hücumçudan daha artığı gözlənilirmiş: “Qremio Prudente”nin ştat birinciliyindəki lideri Uesli Azərbaycana getdi. Danışıqlar son anda alınmadığından geri dönən hücumçu bu səbəbdən bacarığını tam ortaya qoymadı. O, Azərbaycana getməsəydi, daha çox qol vurardı”.

Qeyd edək ki, Uesli də digər 2 komanda yoldaşı kimi, məhz “Neftçi”yə keçəcəkdi. Lakin bu transfer baş tutmayıb.