AZAL üçün asan sınaq, “Bakı” “Qarabağ”a, Adams çempiona qarşı
11.11.2010 - 12:20
Sabah Unibank Premyer Liqasında növbəti görüşlər keçiriləcək. Apasport.az saytının məlumatına görə, XIII turun ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
11 oyundur qələbəyə həsrət qalan MOİK uzun fasilədən sonra “Şəfa” stadionunda meydan sahibi olacaq. Əslində, AZAL fasiləsiz olaraq xeyli müddətdir bu arenada rəqiblərini qəbul etdiyindən, onu nominal qonaq saymalıyıq. Autsayderlə görüşdə 3 xal qazanmaq baxımından ciddi problem yaşamamalı Nazim Süleymanovun yetirmələri ən azı indiki mövqeyini möhkəmlətməlidir.
“Neftçi” ilə “Xəzər Lənkəran”ın turu qələbə ilə başa vurmaları real olduğundan, AZAL ən azı 3-cü pillədə qalacaq. “Şəfa”da Bakı derbisi oynanılacaqsa, Tovuzdakı azarkeşlər Qərb derbisinin şahidi olacaqlar. Son iki ev oyununu qələbəsiz başa vuran “Gəncə” “Turan”ın qonağı olacaq. Gəncəlilər “altılığ”a düşmək uğrunda mübarizə apardığı halda, rəqibi daha çox elitada yerini qorumaq haqda düşünür.
Turun daha maraqlı oyunlarının şənbə günü keçiriləcəyini desək, yanılmarıq. Bu mənada “Bakı” – “Qarabağ” matçı turun mərkəzi oyunu sayılır. Komandalar yaxında, daha dəqiq desək, oktyabrın 20-də elə bu arenada görüşdü. IV turdan təxirə salınan həmin görüşdə meydan sahibi olan ağdamlılar 2:0 hesablı qələbəyə sevindi. Bu, “Bakı”nın heyətində çempion olan, ötən qış isə “Qarabağ”a keçən gürcü hücumçu Georgi Adamiyanın dublu sayəsində reallaşdı.
Cari mövsümdə uğursuzluq zolağında olan “Bakı” Gəncədə qazandığı 3:1 hesablı inamlı qələbədən sonra nisbətən rahatlaşdı. Ancaq indi komandanı daha çətin sınaq gözləyir. “Zolaqlılar” “Qarabağ”a qalib gələrsə, özünəinamı daha da artıraraq, “Qəbələ” ilə xal fərqini azalda bilər. Çünki qəbələlilərə “İnter”lə səfər oyununda 3 xal qazanmaq çətin olacaq. Evdə son çempiona uduzan Toni Adamsın çalışdırdığı komanda hələ ki rəqib meydanında güclüləri yenə bilməyib.
Lider “Neftçi” Salyana səfər edir. Flaqman “Muğan”a evdə çətinliklə qalib gələ bildi. Təsadüfi deyil ki, “Neftçi” qələbə topunu yalnız penalti zərbəsindən vurmağa müvəffəq oldu. “Xəzər Lənkəran”ın isə evdə “Simurq”la görüşdə çətin anlar yaşayacağı inandırıcı görünmür. Çünki qüvvələr nisbətində fərq böyükdür və autsayderin Lənkəranda hətta 1 xal qazanması real deyil. Sadəcə, “ağ-yaşıllar”ın hücum xətti ilə bağlı ciddi probleminin olması rəqibin xeyrinədir.
Lənkəran təmsilçisində ilk qolunu elə “Simurq”a vuran argentinalı Dieqo Ruiz qovulub, nigeriyalı Emeka Opara əməliyyatdan sonra bərpa prosesi keçir, honduraslı Allan Lalin də zədə üzündən oynamır. Kosta-rikalı Uinston Parksın isə son turda “Qəbələ” ilə səfər oyununda beyni silkələndiyindən, əvəzlənməli oldu. İndi onun bir müddət istirahətə ehtiyacı var və “Xəzər Lənkəran”ın yeganə qol ümidi cari mövsümdə daha çox ehtiyatda qalmış təcrübəli hücumçu Xaqani Məmmədovdur.
12 noyabr
14:00. "Turan" - "Gəncə"
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Rza Məmmədov, Rəhim Həsənov
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:1
14:00. MOİK - AZAL
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Aleksandr Musatkin, Alik Yunusov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:2
13 noyabr
14:00. "Muğan" - "Neftçi"
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, Mehman Mahmudov, Feyzulla Feyzullayev
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 0:1
16:00. "Bakı" - "Qarabağ"
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Ceyhun Haşımov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 0:2
16:00. "Xəzər Lənkəran" - "Simurq"
Hakimlər: Ramil Diniyev, İlham Əliyev, Munis Abdullayev, Teymur Fərhadov
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 2:0
18:00. "İnter" - "Qəbələ"
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Elşən Acalov, Əfqan Həmzəyev
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 1:0
TURNİR CƏDVƏLİ
Bombardir: Bahodir Nasimov (Neftçi) - 12

1 | Neftçi | 12 | 8 | 3 | 1 | 26-7 | 27 |
2 | Xəzər Lənkəran | 12 | 7 | 3 | 2 | 13-6 | 24 |
3 | AZAL | 12 | 7 | 3 | 2 | 17-6 | 24 |
4 | İnter | 12 | 7 | 2 | 3 | 10-9 | 23 |
5 | Qarabağ | 12 | 6 | 3 | 3 | 15-7 | 21 |
6 | Qəbələ | 12 | 5 | 3 | 4 | 9-7 | 18 |
7 | Bakı | 12 | 4 | 3 | 5 | 15-16 | 15 |
8 | Gəncə | 12 | 3 | 6 | 3 | 18-18 | 15 |
9 | Muğan | 12 | 2 | 5 | 5 | 6-11 | 11 |
10 | Turan | 12 | 1 | 5 | 6 | 9-17 | 8 |
11 | Simurq | 12 | 1 | 3 | 8 | 9-20 | 6 |
12 | MOİK | 12 | 1 | 1 | 10 | 4-27 | 4 |

0
0